AUT.AZ

Lənkəranda yüzüncü dəfə komanda yaradılır?

Lənkəranda yeni futbol klubunun yaradılımasına qərar verilib.

Əldə etdiyimiz informasiyaya görə, bu təşəbbüs nazirliklərdən birində yüksək vəzifə tutan şəxsdən gəlib. Həmin mənsəb sahibinin kimliyi açıqlanmır.

Ancaq bildirilir ki, o, Lənkəran şəhər İcra Hakimiyyəti və bir qrup yerli iş adamıyla bununla bağlı məşvərət keçirib.

Bu toplantıda klubun qısa müddətdə formalaşdırılması yönündə görüləcək işlərlə əlaqədar geniş fikir mübadiləsi aparılıb.

Komandanın I Divizion və Premyer Liqada oynamaq perspektivi müzakirə olunub. Yaxın 3 ili əhatə edən inkişaf strategiyası hazırlanıb. (Sportinfo.az)

Exit mobile version