AUT.AZ

Kadırovun futbolçulara bağışladığı hədiyyələr

“Axmat”ın sabiq oyunçusu Zaurbek Pliev Çeçenistan rəhbəri Ramzan Kadırovun futbolçulara verdiyi hədiyyələr haqda danışıb.

Aut.az xəbər verir ki, Pliev bu haqda “Metaratings”ə danışıb:

“Ablai Mbenqa “Spartak”la oyunda dubl etdikdən dərhal sonra ona avtomobil verdi. Öz yetirmələri – Rizvan Utsiev və Məhəmməd Mitrişevə də “Mercedes” bağışladı. Ümumiyyətlə, Kadırov bizi heç nədən məhrum etmirdi, həmişə hər şey vardı”.

Futbolçu 2017-ci ildə Kadırovun iqamətgahına səfər  təfərrüatlarını da açıqlayıb: “İqamətgah öz ölçüsü ilə yadımda qalıb. Orada çox nadir heyvan cinsləri – aslan, pələng var idi”.

Aut.az

Exit mobile version