AUT.AZ

Fatih Terimin formasını “Fənər”li aldı – FOTO

Türkiyə futbolunda unikal hadisə yaşanıb.

Aut.az xəbər verir ki, “Qalatasaray”ın əfsanəvi futbolçusu və sabiq baş məşqçisi Fati Terimin hərraca çıxarılan forması əzəli rəqib – “Fənərbağça”nın konqres üzvü Merve Mermer tərəfindən alınıb. O, bu forma üçün 100 min lirə (9 min manat) ödəyib.

Auksiondan əldə ediləcək gəlir fevralın əvvəlində baş vermiş zəlzələdən əziyyət çəkən sağlamlıq məhdudiyyətli uşaqlara xərclənəcək.

Exit mobile version