AUT.AZ

Azərbaycan millisinin sabiq hücumçusu: Hakimlər rüşvət tələb edirdilər

Azərbaycan millisinin keçmiş hücumçusu, “Legion” futbol klubunun rəhbəri Şamil Laxiyalov hakimlərin rüşvət tələb etməsi haqda danışıb.

Aut.az xəbər verir ki, Şamil Laxiyalov hakimlikdəki korrupsiya haqda “Sport24”-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, hakimlər Mahaçqala təmsilçisindən açıq şəkildə pul tələb ediblər.

“Bizim bir adamımız var idi. O, rəsmi olaraq qərargahda bizim üçün işləmirdi. Amma bizim xahişimizlə hakimləri qəbul edir  və yerləşdirirdi. Hakimlər elə həmin şəxsə demişdilər: qələbə – 50 min, penalti – 10 min”, – deyə Laxiyalov bildirib.

Laxiyalovun sözlərinə görə, həmin hadisə 7-8 il əvvəl baş verib.

Aut.az

Exit mobile version