AUT.AZ

Arda Turan ispanları aldadıb

Türkiyə millisinin sabiq üzvü Arda Turanla bağlı gözlənilməz xəbər yayılıb.

Aut.az xəbər verir ki, İspaniya məhkəməsi, prokurorluğun apardığı araşdırmadan sonra keçmiş futbolçu Arda Turanı “Atletiko” və “Barselona”da oynadığı dövrlərdə vergidən yayınmaqda ittiham edir. Bu barədə “Vozpopuli” nəşri məlumat yayıb. Türkiyə millisinin sabiq üzvünün 2015-2016-cı illərdə 828 min avro vergidən yayındığı bildirilir.

Arda ilə bağlı 2021-ci ildə başladılan istintaqın tamamlandığı və Barselonadakı məhkəmənin prokurorluğun ittihamından sonra ilk iddianı qaldırmağa hazırlaşdığı vurğulanıb. Ancaq istintaqın başlamadan razılaşma yolu ilə bağlana biləcəyi də qeyd edilib.

İspaniyada 2015-ci ildə 499 min 740 avro, 2016-cı ildə isə 328 min 351 avro vergidən yayınmaqda günahlandırılan sabiq oyunçunun qarşıdakı həftələrdə Barselonaya gedərək məhkəmə qarşısında Maliyyə Nazirliyi ilə razılığa gələrək bu məsələni həll edə biləcəyi vurğulanıb.

Exit mobile version