AUT.AZ

Şahruddin qayıtdı – FOTO

“Qarabağ”ın zədədən əziyyət çəkən futbolçusu Şahruddin Məhəmmədəliyev məşqlərə başlayıb.

Aut.az xəbər verir ki, 28 yaşlı qolkiper fərdi məşqlər edir. O, bu haqda öz İnstaqram hesabının hekayə bölümündə paylaşım edib.  Şahruddin məşq etdiyi anların videosunu izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Şahruddin yanvar ayında komandanın Antalyadakı təlim-məşq toplanışında zədələnmişdi. Onun qolu sınmışdı. Qapıçı daha sonra Almaniyada əməliyyat olunub

   
Exit mobile version