AUT.AZ

Onu satırlar? – Abbas cavab verdi

“Liverpul”un hücumçusu Məhəmməd Salahın təmsilçisi Rami Abbas İngiltərə klubunun mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazanmayacağı təqdirdə futbolçunu satmaq istəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Aut.az xəbər verir ki, Abbas “Tvitter” hesabında yazıb:

“Cəfəngiyatdır. Bu barədə heç vaxt müzakirə olmayıb. Bu haqda heç fikirləşməmişik də. Hətta “Liverpul”un Çempionlar Liqasına vəsiqə qazana bilməyəcəyi ağlımıza belə gəlməyib”.

İngiltərə Premyer Liqasında 23 matçda 36 xal toplayan “Liverpul” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

30 yaşlı Salah bu mövsüm bütün turnirlərdə 35 oyunda 19 qol vurub və 9 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version