AUT.AZ

Narahatdır: Görüş tələb etdi, məhəl qoymadılar

“İnter” Milanın yeni stadionla bağlı planlarından narazıdır.

Aut.az “La Gazzetta dello Sport”a istinadla xəbər verir ki, “İnter” rəhbərliyi “Milan”ın yeni stadionla bağlı davranışlarından, mətbuata və ictimaiyyətə birtərəfli qaydada məlumat verməsindən narazı qaldığını açıq şəkildə qarşı tərəfə bildirib.

“Milan” ayrıca stadion tikməklə bağlı ideyanı ciddi araşdırır ki, bu da “İnter”in sahibi Stiven Canı məyus edir. Bildirilir ki, Can yeni stadion layihəsinin ümumi strategiyasını müəyyən etmək üçün “Milan”ın sahibi Cerri Kardinal ilə görüş istəyib, lakin xahişinə məhəl qoyulmayıb.

“İnter”in prioriteti Milanın San Siro bölgəsində, “Milan”lı və ya onlarsız qalmaqdır. Milan bələdiyyəsi ilə razılıq əldə olunmasa, “İnter” layihəsini həyata keçirmək üçün başqa sahə seçəcək.

Aut.az

Exit mobile version