AUT.AZ

MY Momaninin karikaturasında – Video

“Mançester Yunayted”in İngiltərə Liqa Kubokunun qalibi olması tanınmış karikaturaçı Omar Momaninin diqqətindən yayınmayıb.

Aut.az xəbər verir ki, cizgi film formatında hazırlanan qısa videoda Momani baş məşqçi Erik ten Haq, müdafiəçi Lisandro Martinez, hücumçu Vout Veqorst və yarımmüdafiəçi Kazemironun sevinclərinə yer ayrıb. Bununla da o, “qırmızı şeytanlar”a bu mövsümdən qoşulan şəxslərin komandaya uğur qazandırdığına, başqa sözlə desək, 4 illik titul həsrətinə son qoyduğuna işarə edib.

Ten Haq 2022-ci ilin yayından Mançester təmsilçisini çalışdırır Martinez ilə Kazemiro onunla birlikdə komandaya transfer olunub.Veqorst isə bu ilin yanvarında İngiltərə təmsilçisinə keçib.

Qeyd edək ki, Liqa kubokunun finalında “Mançester Yunayted” “Nyukasl”ı 2:0 hesabı ilə məğlub edərək 6-cı dəfə İngiltərə Liqa Kubokunu qazanıb.

Aut.az

Exit mobile version