AUT.AZ

Azarkeşləri həbs etdilər

“Tottenhem” azarkeşi “Çelsi” ilə oyundan (2:0) sonra həbs edilib.

Aut.az “Daily Mail”-ə istinadən bildirir ki, azarkeş homofobik şüarlar səsləndirməkdə şübhəli bilinir.

Fanat sektorundan qışqırıq start fitindən əvvəl başlayıb və “Çelsi”nin yarımmüdafiəçisi Ziyeçin qırmızı vərəqəsi ləğv edildikdən sonra davam edib.

Araşdırma aparan polis, həmin fanatı həbs edib. “Bir nəfərin homofobik ifadə işlətdiyinə görə həbs edildiyini təsdiqləyə bilərik. “Tottenhem”də ayrı-seçkiliyə yer yoxdur”, – deyə klubun açıqlamasında bildirilir.

Şəhər polisi bildirib ki, matç zamanı stüarda  hücum da daxil olmaqla, homofobik təhqirə görə ümumilikdə altı nəfər həbs edilib.

Aut.az

 

Exit mobile version