AUT.AZ

2019-cu ildə razılaşıblar – Amma sonradan…

“Yuventus”un sabiq prezidenti Andrea Anelli 2019-cu ildə UEFA rəhbərinin Çempionlar Liqasında islahatlardan imtina etdiyini bildirib.

Aut.az xəbər verir ki, o, bu haqda “De Telegraaf”-a müsahibəsində deyib:

“2019-cu ildə  Çeferinlə mən hazır idik. Avropa Klublar Assosiasiyasının (ECA) top klubları yeni formatla bağlı razılığa gəlmişdilər.

Amma böyük çempionatların ortababları, yüksək liqaların rəhbərliyi və bəzi federasiyalar yeni formatda təhlükə gördülər. Buna görə də Çeferin dəyişiklikdən imtina etdi. Klublar Avropa futbol sisteminin yenilənməsini və təkmilləşdirilməsini müdafiə edirdilər. UEFA onlara mane olanda, yeni turnirlər yaratmaq planları yarandı. Bu ideyanın uğur qazanıb-qazanmayacağı  Avropa Ədalət Məhkəməsindən asılıdır.

Niyə UEFA-da dəyişiklik üçün daxildən mübarizə aparmadım? Bu, mənim qalib gələ bilməyəcəyim daxili müharibə idi. Hətta mövcud sistemin “Ayaks”, “Anderlext”, “Seltik”, “Benfika”, “Panatinaikos”, “Srvena Zvezda” kimi komandalar üçün perspektiv vəd etmədiyini bildiyim halda belə. Ona görə də yerində dayanmaq yox, Avropa futbolunu inkişaf etdirməyin başqa yollarını seçmək lazımdır”.

Exit mobile version