AUT.AZ

Əvəzləndi, soyuducuya təpik vurdu və…

“Barselona”nın hücumçusu Rafinya Avropa Liqasının pley-off mərhələsinin “Mançester Yunayted”lə ilk oyununda (2:2) əsəbiləşərək içki soyuducusuna təpik atdıqdan sonra zədələnib.

Aut.az xəbər verir ki, Rafinya ilk oyunda “Barselona”nın heyətində əsas rol oynayıb. O, “Kamp Nou”da bir qol vurub və bir məhsuldar ötürmə edib.

Lakin 82-ci dəqiqədə Xavi Ernandes onu əvəzləyərkən braziliyalı açıq-aşkar məyus olub. Əsəblərinə hakim ola bilməyən futbolçu soyuducuya təpik vurub. “Mundo Deportivo” yazır ki, bu hərəkət ona baha başa gəlib. Rafinya dizindən aldığı zədə səbəbindən “Kadis”lə növbəti matçı buraxıb.

Aut.az

 

Exit mobile version