AUT.AZ

“Qarabağ” azarkeşləri Benzianı hədələdi

“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia “Get”lə oyundan sonra təzyiqə məruz qalıb. 28 yaşlı legioner penaltilər seriyasında qeyri-dəqiq oynayaraq, Azərbaycan çempionunun turnirdən kənarda qalmasına səbəbkar olub.

Bundan sonra Fransa vətəndaşının şəxsi “direkt”inə yüzlərlə mesaj yazılıb. Futbolsevərlər zəif təsir bağışlamasını Benziaya irad tutub, onu qeydə alınan nəticədən dolayı kəskin ifadələrlə tənqid edib.

Əlcəzairli legioner məcbur qalaraq “instaqram” profilini “dondurub”.

O və ailəsi bundan narahatlıq keçirib və psixoloji təzyiqdən qorunmaq üçün bir müddət “virtual aləm”lə əlaqəni kəsməyi lazım biliblər.

“Lion”, “Fənərbaxça”, “Lill”, “Olimpiakos”, “Dijon”, “Hatayspor” klublarında oynamış Benzia qış “transfer pəncərəsi” zamanı “Qarabağ”la müqavilə imzalayıb.

2025-ci il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.

Exit mobile version