AUT.AZ

Həbib Holandla Qrilişin jestinə cavab verdi: Sizi görürəm

Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov Erlinq Holand və Cek Qrilişin jestinə cavab verib.

Aut.az xəbər verir ki, İngiltərə çempionatının 25-ci turunda “Manşester Siti” “Bornmut”a 4:1 hesabı ilə qalib gəlib. Oyundan sonra Holland və Qriliş soyunub-geyinmə otağında qələbəni qeyd ediblər. Onların qələbə jesti Həbib Nurməhəmmədovun UFC-də yarışarkən etdiyi jestləri xatırladıb. Nurməhəmmədov sosial şəbəkədə onlara müraciət edərək belə yazıb:

“Sizi görürəm, uşaqlar”.

Bu qələbədən sonra 55 xal toplayan “Mançester Siti” çempionatın lideri “Arsenal”la xal fərqini ikiyə qədər azaldıb (“topçular”ın ehtiyatda bir oyunu var).

Хабиб в ответ опубликовал их видео, где написал: «Я вижу вас, ребята».

Aut.az

Exit mobile version