AUT.AZ

Etiraf etdi: Yorulmuşuq

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 23-cü turunda “Atletiko” ilə keçirilən oyundan sonra fikirlərini bildirib.

Aut.az xəbər verir ki, Ançelotti futbolçuların mental cəhətdən yorulduğunu bildirib:

“Çempionatda hər şey getdikcə çətinləşir, amma biz sona qədər mübarizə aparacağıq. Gəlin gələcəkdə nələrin baş verəcəyinə baxaq. Düşünürəm ki, hər şey futbolçularımızın mental yorğunluğuna bağlıdır. Bunu başa düşmək olar, biz 50 gün ərzində 17-ci oyunu keçirdik”.

“Real” – “Atletiko” qarşılaşması  1:1 hesabı ilə başa çatıb. Hazırda aktivində 52 xal olan “Real” La Liqa turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Ançelottinin yetirmələri “Barselona”dan 7 xal geri qalır.

Aut.az

 

Exit mobile version