AUT.AZ

Bizim qədər maaş alanlar qaçmalıdır – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Bornmut”la (4:1) oyundan sonra futbolçuların azarkeşlər qarşısındakı məsuliyyətindən danışıb.

Hətta ikinci hissədə hesab 4:0 olarkən də  “Mançester Siti”nin futbolçuları top uğrunda aqressiv mübarizə aparırdılar.

Aut.az xəbər verir ki, Qvardiola bunu belə şərh edib:

“Oyunçular belə davranmasalar, onda problem yaranar. Azarkeşlər maşınla 5-6 saat yol gəlirlər, bilet alırlar… Bizim qədər maaş alanlar, gərək hesab 3:0, 4:0, 5:0 olanda da qaçsın.

Məni demaqoq kimi danışmaqda qınaya bilərlər, amma ədalətli yanaşma budur.  Yaxşı və ya pis oynaya bilərsiniz. Amma mən burada işlədiyim müddətdə bu klubda futbolçuların əzmkarlığı, mübarizə istəyi heç vaxt şübhə altına alınmayacaq.

Qələbələrdən sonra futbolçuların necə sevindiyini görürsən. İnsanlara və ailələrə xoş hisslər bəxş edirlər. Bu hissdən daha yaxşı bir şey varsa, deyin. Səfər oyunlarına gələn tərəfdarlarımız inanılmazdır”.

Aut.az

 

Exit mobile version