AUT.AZ

Qəhrəman Əliyev dünyasını dəyişdi

Azərbaycan futboluna ağır itki üz verib.

Tanınmış məşqçi Qəhrəman Əliyev dünyasını dəyişib. O, 63 yaşında vəfat edib

2020-ci ilin noyabrında koronavirusa yoluxan Qəhrəman Əliyev uzun müddət idi koma vəziyyətində idi.

O, yoluxmanın nəticəsində beyin insultu keçirmişdi.

Qəhrəman Əliyev “Şəmkir”, “Masallı”, MOİK, “Olimpik”, “Bakı” kimi klublarda çalışıb. Təcrübəli mütəxəssis 2002/2003 mövsümündə “Şəmkir”lə Azərbaycan çempionu olub. Əliyev 19 yaşadək futbolçulardan ibarət milli komandanın da baş məşqçisi olub.

Allah rəhmət etsin.

Exit mobile version