AUT.AZ

“Sabah”ın məşqçiləri ağıllandı: “Düzgün qiymətləndirmirik”

“Sabah”ın məşqçisi Artur Olenin Premyer Liqanın 24-cü turunda “Şamaxı”ya (1:2) məğlub olduqları oyundan sonra mətbuat konfransında iştirak edib.

Aut.az xəbər verir ki, o, komandasının məğlubiyyəti haqda bunları deyib:

“İlk hissəyə çox pis başladıq. Heç nə istədiyimiz kimi olmadı. Bərbad başlanğıc oldu. İkinci yarıda da müdafiədə yol verdiyimiz kobud səhvlər nəticəsində qollar buraxdıq. Buna görə də, məğlub olduq”.

Masazır klubununu məşqçisi autsayder klublarla oyunlarda xallar itirmələrinə belə aydınlıq gətirib:

“Yəqin ki, rəqibləri düzgün qiymətləndirmirik. Böyük ehtimalla, bizə qarşı oynayan rəqiblər oyuna bizdən daha yaxşı köklənirlər”.

Exit mobile version