AUT.AZ

Rüşvət vermişiksə, deməli, bizi aldadıblar – Kömək etməyiblər

“Barselona”nın sabiq vitse-prezidenti Jordi Mestre hakimlər komitəsinin rəsmisinə verilən ödənişlər haqda danışıb.

Xatırladaq ki, Kataloniya klubunun 2016-2018-ci illər ərzində İspaniya hakimlər komitəsinin vitse-prezidenti Xose Mariya Enrikes Neqreiraya 1,4 milyon avro ödədiyi bildirilir.

Aut.az xəbər verir ki, Mestre “Barsa”nın hakimlərə rüşvət verməsi iddiasına belə münasibət bildirib:

“Bunlar çox ciddi xərclərdir. Adama ildə 500 min avro ödəmək barbarlıqdır. Bu qədər qazanan mütəxəssis yorulmadan çalışmalıdır.

Ehtimal etsək ki, biz bu pulu, necə deyərlər, hakimləri almaq üçün vermişik, deməli, bizi aldadıblar.  Çünki sübut olunub ki, onlar bizə kömək etmək üçün heç nə etməyiblər”.

Aut.az

 

Exit mobile version