AUT.AZ

Ramos ukraynalılara görə müraciət etdi – FOTO  

PSJ-nin müdafiəçisi Serxio Ramos Ukraynadan olan qaçqınlara yardım etməyə çağırıb.

Aut.az xəbər verir ki, ispan futbolçu üzərində ukraynalı qızın şəkli olan sviter geyindiyi foto paylaşıb. O, sosial şəbəkədə paylaşdığı fotoya belə şərh yazıb:

“Biz bu uşaqlara bundan sonra da kömək etməyə davam edə bilərik. Biz onları unuda bilmərik”.

İspaniya yığmasının heyətində ən çox oyun keçirən (180) Ramos fevralın 23-də milli komandadan ayrıldığını açıqlayıb.

Aut.az

 

Exit mobile version