AUT.AZ

Onu zorlamada ittiham edən qızdan uşaq gözləyir

“Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud həyatında ilk dəfə ata olacaq.

Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Mənbənin sözlərinə görə, uşağın anası Qrinvudu 2022-ci ilin yanvarında təcavüzdə ittiham edən Harriet Robson olacaq. Cütlüyün ailələri uşağın doğulacağından xəbərdardırlar və buna hazırlıq görürlər.

Qeyd edək ki,  bir neçə həftə əvvəl Qrinvud bütün ittihamlar üzrə bəraət alıb. 21 yaşlı futbolçunun karyerasını “Mançester Yunayted”də davam etdirib-etdirməyəcəyi bəlli deyil. Çünki MY də bununla bağlı araşdırma aparır.

Bildirilir ki, “Yunayted”in qadınlardan ibarət komandasının futbolçuları onun “qırmızı şeytanlar”ın düşərgəsinə qayıtmasının kəskin əleyhinədir. Qrinvud komanda yoldaşlarına vəziyyətlə bağlı öz baxışını artıq izah edib.

Aut.az

Exit mobile version