AUT.AZ

Ona göz dikiblər, Ançelotti getsə

 “Real” baş məşqçi Karlo Ançelottinin yerinə namizəd axtarır.

Aut.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Qeyd olunur ki, 63 yaşlı italyanın madridlilərlə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Mənbənin məlumatına görə, “kral klubu” italiyalı mütəxəssisin gedişi halında “Liverpul”un baş məşqçisi Yurgen Kloppu dəvət etməyi planlaşdırır.

Ançelotti 2021-ci ildə ikinci dəfə “Real”a qayıdıb. “Kral klubu” 22 matçdan sonra 51 xalla La Liqa turnir cədvəlində ikincidir.

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Ançelottinin yetirmələri “Liverpul”a 5:2 hesabı ilə qalib gəlib.

Aut.az

Exit mobile version