AUT.AZ

Nifrətə qarşı xoş niyyət: Madrid Madridi sevir – FOTO

İspaniyanın paytaxtı Madriddə “Real” – “Atletiko” matçından əvvəl “kral klubu”nun yarımmüdafiəçisi Luka Modriç və “hindular”ın müdafiəçisi Stefan Saviçin təsvir olunduğu pankart asılıb.

Aut.az xəbər verir ki, bu aksiyanın təşəbbüskarı DAZN nəşri olub. Maraqlıdır ki, pankart bir müddət əvvəl bəzi “Atletiko” azarkeşlərinin “Real”ın braziliyalı hücumçusu Vinisius Juniorun ünvanına təhqirlər yazılmış pankartın asıldığı yerdə açılıb.

Pankartda Modriç və Saviçin qucaqlaşması əks olunub və belə yazılıb: “Madrid Madridi sevir”.

DAZN bu ideyası ilə bağlı sosial şəbəkədəki paylaşımlarına da “Futbolda və idmanda nifrətə yer yoxdur” şərhini yazıb.

“Real” – “Atletiko” matçı bu gün, fevralın 25-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Aut.az

Exit mobile version