AUT.AZ

İddia: DÇ-2022-nin finalının ən yaxşısı Messi yox, odur

“Aston Villa”nın və Argentina millisinin qapıçısı Emiliano Martines DÇ-2022-in finalında Lionel Messinin deyil, Anxel Di Marianın ən yaxşı oyunçu olduğunu iddia edib.

Argentina dünya çempionatının finalında Fransanı (3:3) penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edib. Həmin qarşılaşmada Di Maria bir, Messi iki qol vurub.

Aut.az xəbər verir ki, Martines ESPN-ə açıqlamasında belə deyib:

“Biz kollektiv şəkildə dünya çempionu olduq. Bir çoxumuz, o cümlədən mənim üçün bu, ilk Dünya Kuboku idi. Açığı, Messi hər oyunda bizə kömək edirdi. Biz ona dedik ki, ən yaxşılar üçün mükafatı almağı dayandır və kasıblara da bir şey saxla (gülür).

Yarımfinalda oynamayan Anxel Di Maria finalda ən yaxşı oyunçumuz oldu.

O, meydanı tərk edəndə mən onu daxilən alqışladım, çünki fikrimcə, o, bizə qələbə gətirdi.

Bəli, hesab edirəm ki, Anjelito finalda əsas oyunçu idi. O, bunu “Marakana”da (Amerika kubokunun finalı) və “Uembli”də (İtaliyaya qarşı Finalissimedə) etdi. Mən ona Dünya Kubokunun finalında oynadığı oyuna görə sonsuza qədər minnətdar olacağam”.

Aut.az

Exit mobile version