AUT.AZ

Mükafatı Messinin alacağını bilirlər – Tədbirə getmirlər

Böyük ehtimalla, “Real”ın baş məşqçisi Karlo Ançelotti və komandanın futbolçuları “The Best FİFA”nın mükafatlandırma mərasiminə getməyəcək.

Aut.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Ançelottinin 2022-ci ilin ən yaxşı məşqçisi mükafatına iddialı olmasına və digər nüfuzlu mükafatlara iddialılar siyahısında “Real”ın bir sıra futbolçularının yer almasına baxmayaraq, “kral klubu”nun nümayəndələri mərasimdə iştirak etmək fikrində deyillər.

“Real”da hesab edirlər ki, Tibo Kurtua, Vinisius Junior, Luka Modriç və Kərim Benzema mükafatsız qalacaq. Onların proqnozuna görə, mükafatı argentinalılar – Lionel Messi (PSJ) və Emiliano Martines (“Aston Villa”) alacaq.

Qeyd edək ki, rəsmi mükafatlandırma mərasimi fevralın 27-də Parisdə keçiriləcək.

Aut.az

Exit mobile version