AUT.AZ

39 yaşında həftədə bir dəfə məşq edirdi, ÇL-i qazandı

“Real”ın baş məşqçisi Karlo Ançelotti PSJ-nin müdafiəçisi Serxio Ramosun İspaniya millisindən ayrılması haqda danışıb.

Aut.az “Marca” nəşrinə istinadla xəbər verir ki, Ançelotti müasir futbolda yaşın önəminin olmadığını deyib. O, formada olmağın vacibliyini qabardıb:

“Yaşla bağlı sual müasir futbolda aktual deyil. Əgər oyunçu tələblərə cavab verirsə, pasporta baxmaq lazım deyil. Əgər oyunçu 16 yaşındadırsa və uyğun gəlirsə, yaxşı, o oynamalı olacaq. Hər gün meydanda baş verənləri dəyərləndirmək lazımdır. 17 və ya 38 yaşlı oyunçunun tələblərə cavab verə biləcəyinə baxın. Yaxşı və ya pis qərarının qəbulunda yaş amili olmamalıdır.

Bəzən mənə deyirlər ki, “Real”ın gənclərdən ibarət komandasından istifadə etmirəm. Görünür, unudurlar ki, mən 17 yaşlı Buffonu “Parma”da qapıya qoymuşam. Mən onun işini qiymətləndirmək istəyirdim. 17 yaşında o, çox yaxşı idi, digər yetkin qapıçılardan daha yaxşı idi. Həftədə bir dəfə məşq edən 39 yaşlı Maldini Çempionlar Liqasını qazandısa, bunu 40 yaşında da etmək olar. Amma Maldini başqalarından üstün olduğu üçün oynadı. Nəticə odur ki, əgər siz başqalarından daha yaxşısınızsa, o zaman oynamaq lazımdır”.

Qeyd edək ki, 36 yaşlı Ramos bildirib ki, İspaniya yığmasının çalışdırıcısı ona güvənmir və buna görə də milli karyerasını bitirir.

Aut.az

 

Exit mobile version