AUT.AZ

“Əl-Nəsr” “ulduz ovu”ndan əl çəkmir – Ona da təklif göndərdilər

“Əl-Nasr” Kriştiano Ronaldonun transferindən sonra daha bir ulduzu almaq istəyir.

Aut.az “Marca”ya istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı  klubunun maraq dairəsində PSJ-nin müdafiəçisi Serxio Ramosdur. Bildirilir ki,  rəhbərlik artıq müdafiəçinin yaxın ətrafı ilə əlaqə saxlayıb və onunla müqavilə imzalamaq istədiklərini açıqlayıb.

Ramos PSJ-də özünün rahat hiss edir, lakin parislilərin bu yay başa çatan müqaviləsini uzadıb-uzatmayacağını bilmir.

Daha əvvəl “Əl-Nəsr”in “Real”ın yarımmüdafiəçisi Luka Modriçi transfer etmək istədiyi, lakin xorvatın bu təklifi qəbul etmədiyi bildirilirdi.

Aut.az

Exit mobile version