AUT.AZ

Putin bu futbolçulara vətəndaşlıq verdi

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqun “Zenit” klubunun braziliyalı futbolçuları Klaudinyo və Malkolma Rusiya vətəndaşlığı verib.

Aut.az xəbər verir ki, “Rusiya Federasiyasının vətəndaşlığına qəbul və Rusiya Federasiyasının vətəndaşlığından çıxma haqqında” müvafiq fərman fevralın 24-də rəsmi hüquqi informasiya portalında dərc edilib.

Qeyd edək ki, 26 yaşlı Klaudinyo 2021-ci ildən “Zenit”də çıxış edir. Futbolçu klubun heyətində 50 oyun keçirib və bu oyunlarda 13 qol vurub.

25 yaşlı Malkolm isə 2019-cu ildən Sankt-Peterburq komandasında çıxış edir. O, “Zenit”də 98 oyun keçirib və 29 qol vurub.

Exit mobile version