AUT.AZ

Kapitan etiraz etdi, yığmadan getdi

Fransanın qadınlardan ibarət yığmasının kapitanı Vendi Renar dünya çempionatının başlamasına 5 ay qalmış milli komandanı tərk etdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, 32 yaşlı futbolçu “bu şərtlər altında” turnirdə oynamayacağını bildirib. “RMC Sport” iddia edir ki,  Renard komandanın baş məşqçisi Korin Diakrla münaqişə yaşayıb. O, sosial şəbəkədə belə yazıb:

“Fransa millisindən ayrıldığımı ürək ağrısı ilə bildirmək istəyirəm. Təəssüf ki, indiki şərtlərlə dünya çempionatında oynamayacağam. Artıq yüksək səviyyəli futbolun tələblərindən uzaq olan indiki sistemi bəyənə bilmirəm. Bu, mənim üçün kədərli, lakin zəruri bir gündür”.

Qadınlar arasında dünya çempionatı iyulun 20-dən avqustun 20-dək Avstraliya və Yeni Zelandiyada keçiriləcək. Turnirin hazırkı qalibi ABŞ komandasıdır.

Aut.az

Exit mobile version