AUT.AZ

Kadini “Krasnodar”da nə heyrətləndirib?

Qışda “Qarabağ”dan “Krasnodar”a keçən Kadi Borges  klubun infrastrukturunu dəyərləndirib, Rusiya klubunda adaptasiyadan da danışıb.

Aut.az “Metaratings”ə istinadla xəbər verir ki, braziliyalını komanda üçün yaradılan şərait heyrətləndirib:

“Krasnodar”da hər şey xoşuma gəlir. Klubun təşkilatçılıq səviyyəsi məni çox heyran etdi, burada öz sahəsinin çoxlu peşəkarları var.

Hər bir idmançının inkişaf etməsi klubun necə fəaliyyət göstərməsi önəmlidir. “Krasnodar” bunun üçün əlindən gələni edir. Məni yaxşı qarşıladılar, amma xüsusi rituallar yox idi, burada oxumağa ehtiyac yoxdur. Yaxşı qarşılandığım üçün minnətdaram. Amma oxumaq lazım olsa, oxuyacam. Bunu necə edəcəyimi yaxşı bilirəm”.

Aut.az

Exit mobile version