AUT.AZ

Bu klubu alır ki, “Çelsinin futbolçularını ora göndərsin

“Çelsi”nin amerikalı sahibi Tod Bouli “Strasburq” klubunu almaqda maraqlıdır.

Aut.az “L’Equipe” nəşrinə istinadla bildirir ki, Fransa klubunun prezidenti Mark Keller bu yaxınlarda “mavilər”in bossları ilə potensial satışı müzakirə edib.

Todd Bouli və tərəfdaşları “Strasburq”da 100% paya sahib olmaq niyyətindədirlər. İnvestorlar klubun sağlam maliyyə vəziyyətindən razıdırlar. Bosslar “Çelsi” üçün alacaqları bəzi futbolçular Fransa klubuna icarəyə göndərməyi də düşünürlər.

Strasburq 24 matçdan sonra 21 xalla Liqa 1-də 15-ci yerdədir.

Aut.az

Exit mobile version