AUT.AZ

“Qarabağ”: Zəif rəqib, bərbad oyun və haqq edilən məğlubiyyət

“Qarabağ” fevralın 23-də UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa çıxıb.

Aut.az xəbər verir ki, “köhlən atlar” Belçikada “Gent”in qonağı olub. “Gelamko Arena”da keçirilən oyunda “atlar” olduqca zəif təsir bağışlayıblar. Oyunun əsas və əlavə vaxtı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. Bu şansdan daha yaxşı yararlanan  meydan sahibləri 1/8 finala vəsiqə qazanıb.

“Qarabağ” Bakıda keçirilən ilk oyunda 1:0 hesablı qələbə qazanmışdı.

Konfrans Liqası, pley-off mərhələsi
Cavab oyunu

23 fevral

Gent (Belçika) – Qarabağ (Azərbaycan1:0 (5:3 – penaltilərlə)
Qol: G.V.Orban, 74.
Hakimlər: Uilyam Kollam, Frensis Konnor, David Rum, Nikolas Uolş (hamısı Şotlandiya)
VAR hakimləri: Devid Kut, Li Betts (hər ikisi İngiltərə)
İlk oyun – 0:1
Gent, “Gelamko Arena”

Gent: 33. Deyvi Rof, 5. Mişel Nqadye-Nqadyui, 7. Hönseok Hon, 11. Uqo Kuypers, 13. Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 23. Cordan Torunariqa, 24. Sven Kums, 25. Nurio Fortuna, 29. Loran Depuatr, 31. Bruno Qodo.
Ehtiyat oyunçular: 1. Pol Nardi, 2. Cozef Okumu, 10. Yens Petter Hauqe, 12. Noa de Ridder, 15. Bram Laqae, 19. Malik Fofana, 20. Gift Villi Orban, 22. Seleyman Marre, 27. Rune van den Berq, 28. Robbi van Hater, 35. Sederik van Dale, 39. Matias Fernandes.
Baş məşqçi: Heyn Vanhazebruk.
Qarabağ: 23. Luka Quqeşaşvili. 6. Julio Romao, 9. Musa Qurbanlı, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzya, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Toral Bayramov, 87. Adama Diakabi, 90. Nəriman Axundzadə, 99. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Exit mobile version