AUT.AZ

Uğurun səfasını görür: daha bir il və 2,7 milyon

İtaliyanın “Napoli” klubunun baş məşqçisi Luçano Spaletti neapollularla müqavilənin avtomatik uzadılması bəndini aktivləşdirməyə yaxındır.

Aut.az xəbər verir ki, bu barədə “İl Mattino” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Napoli” rəhbərliyi yayda Spallettini itirmək istəmir və italiyalı mütəxəssislə müqaviləni daha bir mövsüm uzatmaq variantını aktivləşdirəcək.

Növbəti bir il ərzində italyan 2,7 milyon avro qazanacaq. Uğurlu olarsa, “Neapol” rəhbərliyi gələcəkdə müqaviləni daha bir il uzatma variantını nəzərdən keçirəcək.

“Napoli” İtaliya A Seriyasının turnir cədvəlinə qeyd-şərtsiz başçılıq edir. Komanda 23 oyundan sonra 62 xal toplayaraq ən yaxın izləyicilərini 15 xal qabaqlayır.

Aut.az

 

Exit mobile version