AUT.AZ

UEFA “Qarabağ”ın futbolçusunun qəhrəmanlığından yazdı – VİDEO

UEFA “Qarabağ”ın futbolçusu Marko Yankoviç haqqında paylaşım edib.

Aut.az xəbər verir ki, qurum Avropa Liqasının “Facebook” hesabında 27 yaşlı yarımmüdafiəçinin Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə Bakıdakı ilk matçda (1:0) rəqibin zərbəsinin qarşısını kəsdiyi anların videogörüntüsünü izləyicilər ilə bölüşüb. Paylaşıma “Yankoviçin “Qarabağ” üçün etdiyi qəhrəmanlıq” başlığını verilib.

Yankoviç zədə səbəbindən “Gent”lə cavab oyununu buraxacaq. O, təxminən 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, bu gün Belçikada keçiriləcək “Gent” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında ilk oyun Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Exit mobile version