AUT.AZ

Sumqayıtda stadionun açılışı kimə görə yubanır?

Sumqayıtda yerləşən Mehdi Hüseynzadə adına şəhər stadionunda yenidənqurdma işlərinin bir müddətdir başa çatdığı məlumdur. Stadion açılışa hazırdır. Amma nədənsə bu proses yubanır. Ötən ilin sonlarından tam hazır olan stadion, istifadəyə veriləcəyi günü gözləyir. Bu proses daha bir müddət yubanacaq.

Aut.az-ın əldə etdiyi məlunata görə, səbəb şəhər rəhbərliyi ilə bağlıdır. 9 mindən bir qədər artıq tamaşaçı tutumuna malik olan arenanın açılışı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova görə yubanır. Gözlənilir ki, Fərəcov tezliklə postundan gedəcək. Sumqayıtın ən böyük idman qurğusu məhz bundan sonra istifadəyə veriləcək.

Bu prosesin yaxın günlərdə reallaşacağı gözlənilir. Çünki arenada ölkə kubokunun final matçının keçirilməsi planlaşdırılır.

Aut.az

Exit mobile version