AUT.AZ

Rusiya UEFA və FİFA-dan şikayət edə bilmədi

İsveçrə Ali Məhkəməsi Rusiya Futbol İttifaqının (RFİ) şikayətinə baxmayıb.

Aut.az xəbər verir ki, RFİ-in İdman Arbitraj Məhkəməsinin (CAS) bayrağı altında çıxış edən klub və milli komandalarının beynəlxalq turnirlərdən kənarlaşdırılması ilə bağlı apellyasiya şikayətini gec təqdim etdiyi üçün İsveçrənin Ali Məhkəməsində müraciətinə baxılmayıb. Bu barədə rəsmi açıqlama da verilib:

“Apellyasiya şikayəti vaxtında verilmədiyi üçün baxıla bilməz. Buna görə də hakim apellyasiya şikayətini qəbuledilməz elan edib. Heç bir xərc tutulmayacaq və ödəniş olmayacaq. Bu qərar tərəflərin və CAS-ın diqqətinə çatdırılacaq”.

Məhkəmənin qaydalarına əsasən, RFİ-nin apellyasiya şikayəti vermək üçün 30 gün vaxtı var idi, lakin ayrılan vaxtda bu reallaşmayıb. Nəticədə İsveçrə Federal Ali Məhkəməsi Rusiya tərəfinin ərizəsini təmin etməyib.

Qeyd edək ki, 2022-ci il fevralın 28-də FİFA və UEFA Rusiya və Ukrayna ətrafında vəziyyətin gərginləşməsi fonunda birincilərin klub və milli komanda səviyyəsində keçirilən bütün beynəlxalq yarışlarda iştirakını dayandırıb. Martın 7-də RFİ bu qərarlardan CAS-a şikayət edib. Müraciətə iyulun 15-də hakimlər kollegiyasının iclasında baxılıb və səs çoxluğu ilə rədd edilib.

Əlavə edək ki, İsveçrə Ali Məhkəməsi CAS-ın qərarlarına etiraz vermək üçün ən yüksək orqandır.

Exit mobile version