AUT.AZ

Rusiya Premyer Liqasının dəyəri “su qiymətinə” düşüb

Futbol üzrə Rusiya Premyer Liqasının dəyəri ötən mövsümlə müqayisədə 370 milyon avro düşüb.

Aut.az xəbər verir ki, qış transfer pəncərəsi bağlandıqdan sonra çempionatdakı oyunçuların ümumi dəyəri 720 milyon avro olub.

Bu isə son 16 ildə ən zəif göstəricidir. Ötən mövsüm bu rəqəm 1,13 milyard avro idi.

Premyer Liqanın ən bahalı komandası “Zenit”dir. Sankt–Peterburq təmsilçisinin oyunçularının qiyməti 154 milyon avrodur. Bu, 2016/2017 mövsümündən sonra klub üçün ən pis nəticədir.

Qeyd edək ki, 2022-ci ildə bir neçə əcnəbi futbolçu Ukrayna ilə müharibəyə görə Rusiya komandalarını tərk edib.

Exit mobile version