AUT.AZ

Ronaldo qılıncı əlinə aldı və… – VİDEO

Səudiyyə Ərəbistanı “Əl-Nəsr”inə transfer olunan Kriştiano Ronaldo sözügedən dövlətin quruluşunun 300-cü ildönümü mərasimində qılıncla rəqs edib.

Aut.az xəbər verir ki, 38 yaşlı forvard mərasim üçün Səudiyyə Ərəbistanının milli geyimlərini geyinib. Ronaldo mərasimdə adətlərə uyğun olaraq, əlinə qılınc götürərək rəqs edib.

Qeyd edək ki, Ronaldo ötən il dekabrın 31-də azad agent kimi “Əl-Nəsr”ə keçib.

 

Exit mobile version