AUT.AZ

Ramos karyerasını bitirdi – Məşqçi zəng vurub dedi ki…

 

PSJ-nin müdafiəçisi Serxio Ramos İspaniya millisindəki karyerasını başa vurduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, bu barədə Ramos sosial şəbəkə hesabında məlumat verib:
“Milli komanda ilə vidalaşmağın vaxtı çatıb. Bu səhər mənə hazırkı məşqçi zəng vurub dedi ki, mənə güvənmir. Təəssüf edirəm ki, bu, mənim üçün daha uzun və daha yaxşı bitəcəyini ümid etdiyim səyahətin sonu oldu”.

Ramos İspaniya millisində 180 oyun keçirib və 25 qol vurub. Müdafiəçi 2010-cu ildə Dünya Çempionu olub, 2008 və 2012-ci illərdə iki dəfə Avropa Çempionatının qalibi olub. 36 yaşlı Ramos 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında millinin heyətində yer almayıb.

Exit mobile version