AUT.AZ

Onunla eyni komandada oynamaq istəyir – Amma…

“Mançester Siti”nin futbolçusu Erlinq Haaland PSJ-dəki həmkarı Kilian Mbappe haqda danışıb.

Aut.az xəbər verir ki, Norveç millisinin üzvü 24 yaşlı forvard barədə müsbət fikirlər səsləndirib və eyni komandada çıxış etmək istəyini dilə gətirib:

“Yaxşı oyunçular çoxdur və Kilian onlardan biridir. O, çox güclüdür. Fransızların bəxti gətirib ki, milli komandalarında belə futbolçu var. Təbii ki, onun Norveçdə oynamasını istəyərdim, amma bu, mümkün deyil.

O, inanılmazdır. Mbappe güclüdür, sürətlidir və bütün bunları illərdir edir. O, daha on il də ən yüksək səviyyədə oynaya bilər, Fenomenaldır”.

Exit mobile version