AUT.AZ

Millimizin hücumçusundan 23 xal

Azərbaycan yığmasının voleybolçusu Yelizaveta Rubanın çıxış etdiyi Rumıniyanın “Luqoj” komandası Çağırış Kubokunda ilk yarımfinal matçını keçirib.

Aut.Az xəbər verir ki, komanda səfərdə “Yedinstvo”ya (Serbiya) 2:3 hesabı ilə uduzub.

 

Hücumçu matç ərzində 23 xal toplayaraq görüşün ikinci ən məhsuldar oyunçusu olub.

Cavab oyunu martın 1-də Rumıniyada keçiriləcək

Exit mobile version