AUT.AZ

Millimiz yoxlama matçında qalib gəldi

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Aut.az xəbər verir ki, EFA U-17 komandası ilə qarşılaşan millimiz 5:0 hesablı qələbə qazanıb.

U-16-nın qollarını biri penaltidən olmaqla ikisini Ariz Kərimov, Hüseyn Vəlizadə (2) və Nicat Məhərrəmov vurub.

Exit mobile version