AUT.AZ

Kadi oynadı, “Krasnodar” böyük hesabla….

Fevralın 23-də Rusiya Kubokunun 1/4 final mərhələsinin ilk oyunları başa çatıb.

Aut.az xəbər verir ki, bu mərhələdə ÇSKA “Krasnodar”ı qəbul edib. Görüş Moskvadakı “VEB Arena” stadionunda keçirilib.

“Qarabağ”ın sabiq futbolçusu Kadinin start heyətində meydana çıxdığı qarşılaşma ordu komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Kadi heç nə ilə yadda qalmayıb və 70-ci dəqiqədə əvəzlənib. Cavab qarşılaşması fevralın 28-də baş tutacaq.

Aut.az

 

Exit mobile version