AUT.AZ

Kadi Murad Musayevlə razılaşdı: Bəli, Azərbaycanın ən yaxşısı…

“Qarabağ”dan “Krasnodar”a keçən Kadi Borges futbolçu kimi güclü tərəflərindən danışıb.  

Aut.az xəbər verir ki, braziliyalı oyunçu “Metatatings”ə verdiyi açıqlamada “Sabah”ın baş məşqçisi Murad Musayevin onu Azərbaycanın ən yaxşı futbolçusu adlandırmasına da münasibət bildirib.

“Mənim güclü tərəflərim nədir? Çeviklik. Komandaya lazım olsa, mövqeyimi dəyişmək mənim üçün çətin deyil. Mən ötürmələrlə oynamağı və orta məsafədən zərbə vurmağı xoşlayıram. Amma indi komanda yoldaşlarımla işləmək vacibdir ki, bir-birimizin imkanlarından gözəl şəkildə istifadə edək.

“Krasnodar”ın sabiq çalışdırıcısı Murad Musayev məni Azərbaycan çempionatının ən yaxşı oyunçusu adlandırıb? Bəli, razıyam (gülür)”.  – sözlərini sitat gətirir.

Exit mobile version