AUT.AZ

Gürcünü saxlamaq mümkün olacaq? – Prezident deyir ki…

“Napoli”nin sahibi Aurelio De Laurentis komandanın iki futbolçusunun – nigeriyalı hücumçu Viktor Osimhen və gürcü cinah oyunçusu Xviçi Kvaratsxeliyanın gələcək taleyi ilə bağlı vəziyyəti şərh edib.

Aut.az xəbər verir ki, Aurelio bu haqda “TNT Sports Mexico”y danışıb. O, bu futbolçularla bağlanan müqavilənin xeyirlərinə olduğunu deyib:

“Kimisə “Napoli”yə gətirəndə müqavilə imzalamaqda çox yaxşıyam. Bu futbolçularla çox uyğun müqavilə bağlamışıq. Ona görə də, onları komandada saxlamaq asan olacaq.

Amma heç vaxt heç vaxt demə, çünki bəzən imtina edə bilməyəcəyin təkliflər alırsan. Ona görə də dəqiq heç nə demək olmaz. Amma biz onların uzun müddət parlamasını izləyəcəyik”.

Aut.az

 

Exit mobile version