AUT.AZ

Diktora görə cərimə ödəyəcək

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Aut.az xəbər verir ki, iclasda I Divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:

“Sumqayıt-2” – “Turan Tovuz-2” oyununda “Sumqayıt”ın futbolçusu Nurlan Bayramov birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb, klubu 160 manat cərimə edilib.

“Kəpəz-2” – “Qəbələ-2” oyununda Təcili Tibbi Yardım maşınının oyuna gecikməsinə görə meydan sahibi klub 160 manat cərimə edilib.

“İmişli” – MOİK oyununda MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib. “İmişli”nin diktoru tərəfindən əsasnamənin pozulmasına görə “İmişli” klubu 40 manat cərimə edilib.

“Zaqatala” – “Qaradağ Lökbatan” oyununda polis nümayəndəsinin oyuna gecikməsinə görə “Zaqatala” klubu 160 manat cərimə edilib.

“Şamaxı-2” – “Araz Naxçıvan” oyununda “Araz Naxçıvan”ın nümayəndəsi iclasa gəlmədiyinə görə klub 80 manat cərimə edilib. “Şamaxı”nın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib. “Araz Naxçıvan”ın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.

“Neftçi-2” – “Səbail-2” oyununda “Səbail”in futbolçusu Bəşir Ayralov təcavüzkar davranışa görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb, klubu 160 manat cərimə edilib.

Exit mobile version