AUT.AZ

Daha bir ölkə dünya çempionatında iştirakdan imtina edib

Daha bir federasiya bu il Hindistanın Nyu-Delhi şəhərində qadınlar, Özbəkistanın Daşkənd şəhərində isə kişilər arasında keçiriləcək boks üzrə dünya çempionatında iştirakdan imtina edib.

Aut.az xəbər verir ki, Almaniya Boks Federasiyası yığma komandalarının adıçəkilən yarışlara qatılmayacağını açıqlayıb.

Səbəb Rusiya və Belarus idmançılarının turnirə buraxılması ilə bağlı deyil. Sadəcə, almanlar 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının təsnifat turnirinə hazırlaşmaq üçün bu addımı atmaq qərarına gəliblər. Həmin turnir iyunda Polşanın Krakov şəhərində baş tutacaq.

Daha əvvəl ABŞ, Niderland, Böyük Britaniya, Çexiya, İrlandiya, İsveç, Kanada, Polşa və Ukrayna dünya çempionatını boykot edibler.

Qeyd edək kİ, qadınlar arasında dünya çempionatı martın 15-dən 31-dək, kişilərin mundialı isə mayın 1-dən 14-dək keçiriləcək.

Exit mobile version