AUT.AZ

Bundesliqanın yayım hüququ bu qiymətə satılır

Almaniya Bundesliqasının televiziya hüquqlarının bir hissəsi satışa çıxarılır.

Aut.Aa xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb. DFL (Almaniya Futbol Liqası) ümumilikdə 15-18 milyard avro arasında olan TV hüquqlarının 15 faizini satmaq üçün alıcı axtarır. Gələn ayın əvvəlində həyata keçiriləcək satışdan, təxminən 2,7 milyard avro gəlir əldə olunması proqnozlaşdırılır.

Qeyd edək ki, Bundesliqa qitə milli çempionatlarının müvafiq siyahısında İngiltərə Premyer Liqasından sonra gəlirlərinə görə ikinci liqadır.

Exit mobile version