AUT.AZ

AFFA iki komandanı yarışdan kənarlaşdırdı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Aut.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif turnirlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:

AFFA Region Liqasında keçirilməli olan “Ağstafa” – “Marxal” (Şəki) qarşılaşması “Marxal”ın oyuna vaxtında gəlməməsi səbəbindən keçirilməyib. Buna görə “Marxal”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Region Liqasında keçirilməli olan “Ağsu Siti” – “Araz” (Saatlı) qarşılaşması “Ağsu Siti”nin oyuna vaxtında gəlməməsi səbəbindən keçirilməyib. Buna görə “Ağsu Siti”yə 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlandığına görə “Ağsu Siti” yarışlardan kənarlaşdırılıb.

Region Liqasında keçirilən “Xəzər Lənkəran 42” – “Zəfər 44” oyununda “Zəfər 44” komandasının futbolçusu Ruslan Tağızadə qarşılaşmanın 71-ci dəqiqəsində təhqiramiz ifadələr işlətdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. O, oyundan sonra hakimlər briqadasına fiziki təzyiq göstərdiyinə görə 10 oyun cəzalandırılıb.

Region Liqasında keçirilən “Lokomotiv” – “İrəvan” oyununda “Lokomotiv”in heyətində protokolda adı qeyd edilməyən oyunçu aşkarlandığına görə “Lokomotiv”ə 0:3 hesablı məğlubiyyət verilib.

U-17 Liqasında keçirilən “Sabah” – “Zirə” oyununda “Sabah”ın futbolçusu Riyad Süleymanov rəqibi yumruqla vurduğu üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb. “Zirə”nin futbolçusu İslam Əhmədov rəqibi yumruqla vurduğu üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.

U-16 Liqasında keçirilən EFA – “Qəbələ” oyununda “Qəbələ”nin futbolçusu Roman Şərifov təhqiredici ifadə işlətdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.

U-15 Liqasında keçirilən “Səbail” – “Zirə” oyununda “Zirə”nin futbolçusu Fuad Həziyev rəqib texniki zonaya və azarkeşlərə tərəf jest etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.

U-14 Liqasında keçirilməli olan “Ulduz” (Mingəçevir) – “Qax 1967” qarşılaşması “Qax 1967” komandasının təyin olunan vaxtda oyuna gəlməməsi səbəbindən baş tutmayıb. Buna görə “Qax 1967” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-13 Liqasında keçirilməli olan “Dortmund Bakı” – “Baku Sportinq” qarşılaşması “Dortmund Bakı” komandasının oyunun protokolunu göndərməməsi səbəbindən baş tutmayıb. Buna görə komandaya 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.

AFFA U-11 Liqasında keçirilməli olan “Kavkaz” – “Quba OİK” qarşılaşması “Quba OİK” komandasının təyin olunan vaxtda oyuna gəlməməsi səbəbindən baş tutmayıb. Buna görə “Quba OİK” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-11 Liqasında keçirilməli olan UGİM (Şabran) – “Metak” qarşılaşması UGİM komandasının heyətində yetərsay olmadığı üçün oyun baş tutmayıb. Buna görə UGİM (Şabran) klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasında keçirilən “Azart” – “Şuşa 58” oyunu bitdikdən sonra “Azart”ın baş məşqçisi Səxavət Ağazadə hakimi vurmağa cəhd göstərdiyinə görə 5 oyun cəzalandırılıb.

U-10 Liqasında keçirilməli olan 8№-li İOEUGİM – İCBFA qarşılaşması baş tutmayıb. Buna görə 8№-li İOEUGİM klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlandığına görə 8№-li İOEUGİM komandası yarışlardan kənarlaşdırılırıb.

Exit mobile version