AUT.AZ

Abramoviç olsaydı, indiyə onu 3 dəfə qovmuşdu

“Çelsi”nin keçmiş futbolçusu Toni Kaskarino Qrem Potterin hələ də London klubunun baş məşqçisi olmasına təəccüblənir.  

Aut.az xəbər verir ki, Kaskarinonun fikrincə, klubun keçmiş sahibi Roman Abramoviç mütəxəssisi çoxdan istefaya göndərərdi. O, “The Times” üçün köşə yazısında yazıb:

“Roman Abramoviç hələ də “Çelsi”nin sahibi olsaydı, Qrem Potter artıq üç fərqli səbəbə görə qovulmuş olardı.

Onun komandasının evdə “Sauthemptonla oyunun ilk hissəsindəki çıxışı dəhşətli idi. Premyer Liqanın ən zəif  klubuna uduzmaq, sadəcə qəbuledilməzdir.

Klub ən yaxşıları cəlb etmək üçün keçən yaydan bəri 500 milyon funt sterlinqdən çox xərcləyib. Onların heyəti o qədər genişdir ki, “Stemford Birc”də oyuna baxarkən, heyətdə olmayan, amma ölkənin əksər komandalarında start heyətində olacaq oyunçularla qarşılaşırsan. Baş məşqçi bu həftə istefaya göndərilsə, təəccüblənmərəm”.

“Çelsi” son 5 liqa oyununda yalnız bir dəfə qalib gələrək dördüncü yerdə qərarlaşan “Tottenhem”dən 11 xal geri qalır. Potter “Çelsi”nin baş məşqçisi kimi keçirdiyi oyunların yalnız 28,3%-ni qazanıb.

Aut.az

 

 

 

Exit mobile version